Zakir Nuriyev:”ABA SWIFT-lə əməkdaşlığın dərinləşməsində maraqlıdır”

Əlavə edilib:

29 sentyabr 2017-ci il tarixində “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyəti tərəfindən “Müştəri Təhlükəsizliyi Proqramı”  üzrə seminar keçirilib.

Tədbirdə çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ödəniş sistemlərindən, onların inkişafının müsbət effektlərindən danışıb. Ödəniş sistemlərinin inkişafında bank sektorunun da əhəmiyyətini vurğulayan Zakir Nuriyev bankların son illərdə ödəniş infrastrukturunda, elektron bankçılıq xidmətlərinin həcmində, ATM və POS terminal şəbəkəsinin genişləndirilməsində əhəmiyyətli irəliləyişlərə nail olduğunu deyib.

Həmçinin tədbirdə “SWIFT” İstifadəçilər Qrupunun Azərbaycan üzrə rəhbəri Nahid Zeynalova iştirak edib.

Daha sonra Zakir Nuriyev artan kiberhücumlar və ödəniş fırıldaqlarına qarşı SWIFT-in və seminarın əhəmiyyətindən söz açıb, seminarı ABA ilə SWIFT arasında qarşılıqlı faydalı əməkdaşlıq baxımından başlanğıc hesab edib.

“Onu da qeyd etmək istərdim ki, dünən Azərbaycan Banklar Assosiasiyasında keçirilmiş toplantıda SWIFT-in təqdim etdiyi xidmət və məhsulların tətbiqi, mövcud funksional imkanlardan ölkədə fəaliyyət göstərən banklar tərəfindən səmərəli istifadənin təşkili məqsədilə yaradılmış “SWIFT İstifadəçilər Qrupu”na Azərbaycan üzrə ABA-ya üzv bankların təmsilçiləri arasından rəhbər və katib seçilmişdir. Biz bunu ABA ilə SWIFT arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndiririk və xüsusi olaraq vurğulamaq istərdik ki, bu əməkdaşlığın dərinləşməsində maraqlıyıq.”-deyə Zakir Nuriyev bildirib.

 

MÜDDƏT