“ÇPY qarşı mübarizə və komplayns” üzrə Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

5 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında “ÇPY qarşı mübarizə və komplayns” üzrə Ekspert Qrupunun iclası keçirilib. “ÇPY qarşı mübarizə və komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimov, Qrupun üzvləri və Qrupa üzv olmayan bankların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyənləşdirdiyi yeni qaydalara standart yanaşmanın hazırlanması və FATCA ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, müzakirə olunan təkliflərin qəbul olunmasının həm nəzarət və tənzimləyici orqanlara hesabatlıq prosesinin təkmilləşməsi, həm də banklarda iş yükünün azaldılması və nəticədə müştərilərə xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

MÜDDƏT