“İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçiriləcək

Əlavə edilib:

Bilindiyi kimi informasiya iqtisadi subyektlərin davranışlarının əsas istinad nöqtəsidir. Bu informasiya nə qədər düzgün, etibarlı və qərəzsiz olarsa, iqtisadi münasibətlər və ümumilikdə iqtisadiyyat da bir o qədər dayanıqlı və sağlam inkişaf edər.

İnformasiya axının düzgünlüyü və dəqiqliyini gücləndirmək istiqamətində gələcəyə yön verəcək tələbələrin bu mövzu ilə əlaqədar maarifləndirilməsi və onların bu məsələyə baxışının öyrənilməsi məqsədi ilə tədbirlərin görülməsi vacib addımlardandır.

Bu istiqamətdə Azərbaycan Banklar Assosisisyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş tələbələr arası “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilməsi planlaşdırılır.

Müsabiqə şərtləri haqqında buradan məlumat əldə edə bilərsiniz: goo.gl/1gPhEZ

Qeyd edək ki, müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

1-ci yer – 800 manatlıq hədiyyə kuponu;

2-ci yer – 500 manatlıq hədiyyə kuponu;

3-cü yer – 300 manatlıq hədiyyə kupunu;

Növbəti 5 yer – 100 manatlıq hədiyyə kuponu.

Seminarda aşağıdakı mövzular üzrə çıxışlar olacaqdır:

Mövzu: “İqtisadi xəbərlər: necə yazılmalıdır və nələrə diqqət yetirmək lazımdır?”

Təlimçi: Mehman Mehdiyev – Əməkdar Jurnalist. “Space” və “Lider” televiziyasında müxbir, aparıcı, prodüser, layihə rəhbəri vəzifələrində çalışıb. Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi vəzifəsində çalışır. Jurnalistika sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Mövzu: “Bank məhsul və xidmətlərinin istehlakçılarının huquqlarının qorunması və maliyyə savadlılığı”

Təlimçi: Lamiyə Qaralova – Mərkəzi Bankın əməkdaşı. 2001-2014 illərdə “Kapital Bank” ASC-də baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2014-2016-cı illərdə Mərkəzi Bankın “Kredit təşkilatlarının fəaliyyətinə nəzarət” departamentinin “Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi” şöbəsində mütəxəssis olaraq fəaliyyət göstərmişdir. Hazırda isə Mərkəzi Bankın “Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “İqtisadi maarifləndirmə xidməti”nin mütəxəssisi olaraq çalışır.

Həmçinin seminarda məqalələrə olan tələblər daha geniş formada müsabiqə iştirakçılarının diqqətinə çatdırılacaqdır.

Seminarın keçiriləcəyi yer: “IB Club” (Caspian Business Center – V mərtəbə, C. Cabbarlı 40)

Tarix və saat: 14 oktyabr 2017-ci il, saat 10:00

Qeydiyyat üçün bu linkə daxil olun: goo.gl/8KJUkW

 

MÜDDƏT