“İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilib

14 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə “IB Club”da “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilib.

Tədbir “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub.

Seminarda əməkdar jurnalist, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev və Mərkəzi Bankın “Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “İqtisadi maarifləndirmə xidməti”nin mütəxəssisi Lamiyə Qaralova çıxış edib.

İştirakçılara iqtisadi xəbərlərin yazılması zamanı diqqət edilməli olan məsələlər və bununla bağlı 10 qızıl qayda, həmçinin bank məhsul və xidmətlərinin istehlakçılarının huquqlarının qorunması və maliyyə savadlılığı ilə əlaqədar məsələlər çatdırılıb.

Həmçinin elan edilmiş müsabiqə ilə əlaqədar olaraqYanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Seminarda iştirakçılar arasında interaktiv oyun keçirilib və qaliblər mükafatlandırılıb.

Sonda iştirakçılar sertifikatlarla təltif edilib və birgə xatirə şəkli çəkdirilib.

MÜDDƏT