ABA rəhbərliyi İtaliya səfiri ilə görüşüb

Əlavə edilib:

31 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcra Aparatının nümayəndələri İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Augusto Massari ilə görüşüb.

ABA-da keçirilən görüşdə Assosiasiyanın əsas fəaliyyət istiqamətləri, Azərbaycan bank sektorunun cari vəziyyəti, Azərbaycan və İtaliyanın bank və maliyyə sektorları arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması, o cümlədən iki ölkənin banklar assosiasiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə həmçinin xarici ticarət əlaqələrinin genişləndirilməsi və ticarətin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT