ABA-da mediasiya üzrə layihənin həyata keçirilməsi üçün ekspertlərlə görüş keçirilib

Əlavə edilib:

16 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Dünya Bankının dəstəyi ilə ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər – İtaliyanını “ADR Center” şirkətinin rəhbəri Leonardo D`Urso, Mübahisələrin alternativ həlli üzrə müstəqil ekspert – mediator Ruslan Mirzəyev və “Prima”şirkətinin layihə kordinatoru Əminə Kələntərova ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycanda mediasiya sahəsində görülən işlər, vətəndaşlar arasında müəyyən mübahisələrin məhkəməyə getmədən mediasiya yolu ilə aradan qaldırılması sahəsində planlaşdırılmış tədbirlər və mediasiya sahəsində digər aidiyyatı qurumlar ilə həyata keçiriləcək layəhələr barədə fikir mübadiləsi aparmaq olub.

Müzakirələr zamanı, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyi xüsusi qeyd edilib. Bu sahədə olan beynəlxalq təcrübənin, mediasiya sahəsində təcrübəli kadrların seçilməsi və öyrədilməsi məqsədi ilə seminarların, görüşlərin keçirilməsinin, bu sahəni tənzimləyəcək qanunvericilik aktlarının qəbulu ilə bağlı aparılan müzakirələrin önəmli olduğu vurğulanıb.

MÜDDƏT