ABA-nın Rəyasət Heyətinin 2018-ci il üzrə ilk iclası keçirilib

Əlavə edilib:

22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin 2018-ci il üzrə ilk iclası keçirilib.

İclasda ABA-nın 2018-ci ildəki fəaliyyət istiqamətləri, maliyyə texnologiyaları konfransının keçirilməsi, maliyyə-bank sərgisinin təşkil edilməsi müzakirə olunub.

Sonda cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT