Azərbaycan Banklar Assosiasiyası və BAFT arasında görüş keçirilib

Əlavə edilib:

13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə BAFT-ın (Bankers Association for Finance and Trade)  Prezidenti & İcraçı direktoru Tod Barvel arasında görüş keçirilib.

Görüş zamanı Fintec texnologiyaları, komplayns məsələləri üzrə birgə əməkdaşlıq imkanları, bu mövzularda birgə konfransların keçirilməsi, BAFT tərəfindən spikerlərin cəlb edilməsi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Amerika Banklar Assosiasiyası (ABA) 1875-ci ildən fəaliyyət göstərir. ABA-ya üzv banklar (əsasən kiçik, regional və böyük banklar) və maliyyə institutları özündə 17 trilyon dollar aktivləri, 9 trilyon dollardan artıq kreditləri və 13 trilyon dollarlıq depozit portfelini və 2 milyon nəfərdən artıq insanı birləşdirir. BAFT ABA-nın törəmə qurumu olub beynəlxalq bankçılıq fəaliyyəti ilə məşğul olan maliyyə institutlarını özündə birləşdirir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT