BBN.az xəbər verir ki, seminar ABA-nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” və “Kredit işi və risk” üzrə Ekspert Qruplarının üzvləri və Qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri üçün təşkil edilib.
Tədbiri giriş sözü ilə açan ABA-nın Prezidenti Zakir Nuriyev IFRS 9-un tətbiqinin əhəmmiyətini vurğulayıb və bununla bağlı ABA tərəfindən keçirilən seminarlardan danışıb.
Seminar “S&P Global Market Intelligence” şirkətində Risk Solutions (EMEA) qrupunda Əlaqələndirici Direktor kimi fəaliyyət göstərən İnna Popesku tərəfindən keçilib. İnna Popesku banklar, aktiv menecerlər, çoxtərəfli qurumlar və sığorta şirkətləri daxil olmaqla maliyyə institutlarına, sənaye sektorunun geniş spektri üzrə aşağı səviyyəli siniflər üçün daxili reytinq sistemlərini təkmilləşdirməyə kömək edir.