“Xəzərin Sahilində-2018” keçiriləcək

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirəcək.

2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli tədbir bu il bank icmasının birlikdə olmasını və əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutacaq. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunacaq. Burada məqsəd ABA üzvlərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, üzvlər və tərəfdaşlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və bununla da bank icmasının daha da sıx əlaqələndirilməsindən ibarətdir.

Qeyd edək ki, tədbirin əsas partnyoru “Zolotaya Korona” şirkətidir.

“Xəzərin Sahilində 2018” 21 iyul 2018-ci il tarixində baş tutacaq. Tədbirdə ABA üzvləri, Ekspert Qruplarının üzvləri və ABA-nın tərəfdaşları iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Əlaqə

Telefon: +994 12 497 15 15
E-mail: office@aba.az

MÜDDƏT