“Banklar və Biznes Qəzeti”nin elan etdiyi məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub

28 noyabr 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyanın (ABA) törəmə qurumu olan “Banklar və Biznes” Qəzeti, Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə keçirilən Həsən Bəy Zərdabinin anım gününə həsr olunmuş “Məsuliyyətli Borclanma” adlı məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

 BBN.az xəbər verir ki, tədbirdə ABA-nın nümayəndələri, “PR və Marketinq üzrə” Ekspert Qrupunun üzvləri və tələbələr iştirak ediblər.

Belə ki, 1-ci yerə Fərqanə Qafarova, 2-ci yerə Aydın Səlimli 3-cü yerə isə Camal Nağıyev layiq görülüb. İlk 3 yeri tutan iştirakçılar arasından 1-ci yeri tutmuş iştirakçıya 500 manatlıq kupon, 2-ci yeri tutmuş iştirakçıya 300 manatlıq kupon, 3-cü yeri tutmuş iştirakçıya isə 200 manatlıq kupon verilib.

Həmçinin, ilk 8 yeri tutmuş tələbələrə sertifikat və Yapı Kredi Bank Azərbaycan QSC tərəfindən müxtəlif hədiyyələr təqdim edilib və Yapı Kredi Bank Azərbaycan QSC-ninTəcrübə proqramında iştirak etmək imkanı yaradılıb.

Qeyd edək ki, məqalə müsabiqəsinə 20-dən çox məqalə təqdim edilmiş və onlar arasından 8 məqalə yer tutub.

MÜDDƏT