“Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” arasında görüş keçirilmişdir.

Görüş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən həyata keçirilən Elektron Hökumət Portalı, “ASAN Viza”, “ASAN Ödəniş”, “ASAN Finans” sistemləri ilə tanış olmaq, qurum tərəfindən tənzimlənən layihələrin bank sektoru ilə sıx əlaqəli olduğunu nəzərə alaraq birgə əməkdaşlıq məsələrini müzakirə etmək məqsədi ilə baş tutub.

Görüş zamanı ölkədə elektron hökumət quruculuğu sahəsində gələcək inkişaf perspektivləri, rəqəmsallaşma sahəsində təqdim ediləcək yeni məhsul və xidmətlər, qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

MÜDDƏT