“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun görüşü keçirilib

Əlavə edilib:

14 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” ekspert qrupunun görüşü keçirilib.

Görüşdə əmək haqlarının ödəniş kartları ilə paylanılması zamanı müxtəlif bankların iştirak imkanları müzakirə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 174.2-ci maddəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Müzakirələr zamanı bankların əmək haqqı layihələri üzrə yeni məhsullar tətbiq etməsi və bu əsasda fərdi müştərilərin cəlb edilməsi imkanlarına toxunulmuşdur.

Ekspert qrupunun görüşündə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “intereync” tarifləri də müzakirə edilmişdir. Ölkədaxili əməliyyatlarda beynəlxalq kart təşkilatları üzrə bərabər “interçeync” xidmət haqlarının tətbiq edilməsi və bu sahədə birgə fəaliyyət göstərilərək göstəricilərin müəyyən edilməsi müsbət hal olaraq qiymətləndirilmişdir.

Həmçinin, ödəniş kartlarının emissiyası üzrə müştərilərlə bağlanılan müqavilələr və bankdaxili prosedurların təhlili nəticəsində müəyyən edilən boşluqlar və atılacaq addımlar müzakirə edilmişdir.

MÜDDƏT