“ASAN Xidmət” və banklar arasında görüş keçirilib

Əlavə edilib:

13 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar üzrə  Dövlət  Agentliyi (ASAN) ilə bank nümayəndələri arasında görüş keçirilib.

Görüşün əsas məqsədi 108  “Çağrı” mərkəzi  (Mərkəz) və Mərkəzin göstərdiyi “Outsourcing” fəaliyyəti ilə tanışlıq və bankların  zəng  mərkəzlərinin  yaradılması  və  təkmilləşdirilməsi  üçün geniş imkanların təklif edilməsi olub.

Görüşü giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Layihə meneceri Nərmin Qəniyeva açaraq, ABA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Daha sonra Çağrı Mərkəzinin rəhbəri Ramal Sabirli “ASAN Xidmət” və “Çağrı Mərkəzi” haqqında məlumat verib. “Çağrı Mərkəzi”nin geniş imkanlarından söz açıb və banklara təkliflərini bildirib. Daha sonra Mərkəzin əməkdaşı təqdimatla çıxış edərək təklifləri daha detallı izah edib.

Sonda “Çağrı Mərkəzi” ilə tanışlıq təşkil edilib.

MÜDDƏT