“Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir

Əlavə edilib:

05 aprel 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəznində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun  növbəti iclası keçirilmişdir.

İclası açılış nitqi ilə Qrupun sədri Elgün Qurbanov açmışdır. Daha sonra Azərbaycan Beynəlxalq Bankının əməkdaşı Nicat Qasımov, Ekspert Qrupunun üzvü Bora Önvural, Rüfət Nağıyev və Rafiq Novruzov tərəfindən “Risk xəritəsinin işlənmə mexanizmi” mövzusunda çıxışlar edilmişdir. “Bank Respublika” ASC-nin Daxili Audit departamentinin əməkdaşı Ülfət Sultanlı “Daxili qiymətləndirmənin (QAIP) təşkili”, Ekspert Qrupunun fəaliyyəti üzrə məsul şəxs Rahib Damadayev “Daxili Audit departamentinin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi” mövzusu ilə çıxışları davam etdirmişlər.

Daha sonra Ekspert Qrupu tərəfindən gündəlikdə duran məsələlər haqqında müzakirələr aparılıb.

Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT