ABA-nın Rəyasət Heyətinin iclası keçirilib

Əlavə edilib:

05 aprel 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclas zamanı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı ilə bağlı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” müzakirə edilib. Qaydanın düzgün və vaxtında icrası üzrə görülməli olan tədbirlər nəzərdən keçirilib.

İclas zamanı həmçinin bank sektorunun cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

MÜDDƏT