ABA “Bankçılıq Mükafatları – 2025” layihəsi çərçivəsində nominasiyalar üzrə fərqlənən banklar müəyyənləşdi

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində bank sektorunda müxtəlif istiqamətlər üzrə təltif edilməsi prosesi davam etdirilir. ABA-ya üzv təşkilatların fəaliyyətinin obyektiv və hərtərəfli dəyərləndirilməsi məqsədilə təşkil olunan bu proses çərçivəsində kommersiya banklarının fəaliyyəti, xüsusilə korporativ sosial məsuliyyət, maliyyə savadlılığının təşviqi, rəqəmsal transformasiya və digər mühüm sahələr üzrə həyata keçirdikləri təşəbbüslər dəyərləndirilir..

ABA-nın 35 illik yubileyinin qeyd olunduğu 2025-ci il üzrə fəaliyyətlərinin nəticələrinə əsasən, aşağıdakı nominasiyalar üzrə fərqlənən banklar müəyyən edilmişdir:

“Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “AccessBank” QSC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Premium Bank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Yelo Bank” ASC və “Ziraat Bank Azərbaycan” ASC bu istiqamətdə seçilən banklar sırasındadır.

“Maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “AccessBank” QSC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Unibank KB” ASC, “Expressbank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Xalq Bank” ASC, “Yelo Bank” ASC və “Ziraat Bank Azərbaycan” ASC qeyd olunan istiqamətdə fərqlənən qurumlar kimi müəyyən edilib.

“Təhsil dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azər-Türk Bank” ASC, “AFB Bank” ASC, “Azərbaycan Kredit Bürosu” MMC, “Bank of Baku” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Bank Respublika” ASC, “TuranBank” ASC, “Xalq Bank” ASC və “Ziraat Bank Azərbaycan” ASC bu sahədə seçilənlər arasındadır.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” “ABB” ASC, “Kapital Bank” ASC, “AccessBank” QSC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC və “Bank Respublika” ASC müvafiq istiqamətdə seçilən banklar kimi qeyd olunur.

“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” “ABB” ASC, “Kapital Bank” ASC, “Bank of Baku” ASC, “PAŞA Bank” ASC, “TuranBank” ASC, “Xalq Bank” ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Rabitəbank” ASC, “Azər-Türk Bank” ASC və “Premium Bank” ASC bu sahədə önə çıxan banklar kimi qiymətləndirilib.

“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” “ABB” ASC, “Kapital Bank” ASC, “AccessBank” QSC, “Bank of Baku” ASC və “Bank VTB (Azərbaycan)” ASC bu istiqamətdə seçilən banklar sırasındadır.

“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” “ABB” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Premium Bank” ASC, “Unibank KB” ASC, “Xalq Bank” ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “TuranBank” ASC bu sahədə fərqlənən banklar kimi müəyyən olunub.

“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” “ABB” ASC, “Kapital Bank” ASC, “Bank Respublika” ASC, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “TuranBank” ASC, “Rabitəbank” ASC və “Azər-Türk Bank” ASC bu istiqamətdə seçilən banklar sırasındadır.

MÜDDƏT