ABA-da Avropa Şurasının nümayəndəsi ilə görüş keçirilib

Əlavə edilib:

25 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Avropa Şurasının nümayəndəsi  Çirkli Pulların Leqallaşdırılması və Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) üzrə Məsləhətçi Terence Donovan ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Çirkli Pulların Yuyulmasına qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb. Terence Donovan Azərbaycanda  bu sahədə  görülən tədbirləri müsbət qiymətləndirib.

Görüş zamanı bildirilib ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdində 12 Ekspert Qrupu fəaliyyət göstərir ki, onlardan biri də Komplayns üzrə Ekspert Qrupudur.

Qeyd olunub ki, qrupda ÇPY qarşı mübarizə və komplayns üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı Beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə, üzvlər arasında təcrübə mübadiləsi aparılır. Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə birgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

Qeyd edək ki, görüşdə həmçinin beynəlxalq layihələr üzrə ABA- ilə əməkdaşlıq məsələsi də müzakirə olunub.

MÜDDƏT