ABA-da SWIFT-in yeni layihəsinin təqdimatı keçirilib

Əlavə edilib:

28 sentyabr 2017-ci il, saat 16:30-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində SWIFT-in seminarı keçirilib.

Seminarın məqsədi Azərbaycanda fəaliyyət göstərən bankları “SWIFT gpi-Qlobal Ödənişlər üzrə İnnovasiya” (“Global Payments Innovation”) adlanan layihəsi ilə tanış etməkdir.

Seminar zamanı “SWIFT gpi” üzrə ekspert Marianna Chanssen layihə ilə bağlı ətraflı məlumat verib və layihənin üstünlüklərindən bəhs edib.

Belə ki, bu məhsul vasitəsilə ölkələrarası köçürmələri sistem üzərindən izləməyin mümkünlüyü, köçürmə zəncirində prosesləri daha da sürətləndirmək imkanın mövcudluğu, eləcə də, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt və xidmət haqqının tam şəffaf göstərilməsi, müştəri şikayətləri üzrə araşdırma prosesində əməliyyat effektivliyinin artması,  böyük vəsaitlərin köçürülməsi baxımından da pulun dövriyyəsinin proqnozlaşdırılması və likvidliyin idarə olunmasının optimallaşdırılması baxımından faydaları haqqında məlumat verilib.

Qeyd edək ki, bu xidmət ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla xaricə ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılmış yeni məhsuldur. Bir il ərzində 114 bank bu məhsuldan artıq istifadə edir. Əlavə 35 bankın da qoşulması prosesi davam edir.

MÜDDƏT