Ümumi yığıncaq

Assosiasiyanın Ali idarəetmə orqanı Ümumi Yığıncaqdır.

Assosiasiya üzvlərinin bütün nümayəndələrindən ibarət olan Ümumu Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:

  • Assosiasiyanın Nizamnaməsinə düzəliş və əlavələr edilməsi, Nizamnamənin yeni redaksiyada təsdiq olunması;
  • Assosiasiyanın əmlakının formalaşması qaydalarının və ondan istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Assosiasiyanın Rəyasət Heyəti üzvlərinin beş il müddətinə seçilməsi və onların aşağıdakı hallarda tutduqları vəzifələrdən vaxtından əvvəl azad edilməsi:

    – üzv-təşkilat özü bu barədə yazılı şəkildə müraciət etdikdə;
    – üzv-təşkilat Assosiasiya üzvlüyündən çıxdıqda və ya çıxarıldıqda;
    – üzv-təşkilat Rəyasət Heyətinin 4 (dörd) ardıcıl iclasında iştirak etmədikdə.

  • Assosiasiyanın Audit Komitəsi üzvlərinin beş il müddətinə seçilməsi;
  • Rəyasət Heyətinin tərkibindən Prezidentin və Vitse-prezidentlərin beş il müddətinə seçilməsi;
  • Assosiasiyanın Rəyasət Heyəti və Audit Komitəsinin hesabatlarına baxılması və təsdiq edilməsi;
  • Assosiasiyanın yerli, xarici və beynəlxalq təşkilatlara daxil olmasına dair qərarların qəbul edilməsi;
  • Assosiasiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsi.

Ümumi Yığıncaq Assosiasiyanın fəaliyyəti ilə bağlı istənilən məsələni öz müstəsna səlahiyyətlərinə aid edə bilər.

Ümumi Yığıncağın qərarları sədrlik edənin və iclasın katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

MÜDDƏT