Banklar və Biznes Qəzeti

“Banklar və Biznes qəzeti” 1999-cu ildə təsis edilmişdir. Hazırda informasiya texnologiyalarının və elektron cihazların gündəlik həyatımıza sıx inteqrasiya olunması və internetin geniş vüsət alması nəticəsində internet resursları vasitəsilə məlumatların ötürülməsinin daha əlverişli və effektiv, eyni zamanda əlçatan olduğunu nəzərə alaraq, qəzetin online versiyasının, veb-portalın yaradılması məqəsuyğun hesab edilmişdir.

Online qəzetin vizyonu bank və maliyyə sahəsində etibarlı məlumat resursu olmaq, maarifləndiricilik missiyasını yerinə yetirməkdir. Qəzet oxucuya bank və maliyyə sahəsində rəsmi və etibarlı xəbərlər çatdırmaqla yanaşı, analitik iqtisadi məqalələr də dərc edir ki, bu da oxucuya bank sahəsində yeniliklərdən xəbər tutmağa, bu sahədə maariflənməyə imkan yaradır.

Azərbaycan bank sahəsində çalışanlara təcrübə mübadilsində nəzəri biliklərin öyrənilməsində yardımçı olmaq məsədilə, online qəzetin beynəlxalq bankçılıq rubrikasında xarici ölkələrin bank sistemlərindəki yeniliklərinə dair məlumatları daxil edir, beynəlxalq ekspertlərin analitik yazılarına yer verir..

Qəzetin əsas məqsədlərindən biri də əhalinin etibarlı məlumat mənbəyindən istifadə etməsi, eləcə də bank ictimaiyyətinin maraqlarını  qorumaqdır.

“Banklar və Biznes qəzeti”nin saytına keçid: www.bbn.az

MÜDDƏT