Münsiflər Məhkəməsi 2001-ci ildə ABA öz üzvləri arasında yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada həll edilməsi üçün yaradılmışdır. Münsiflər Məhkəməsi Münsiflər Heyətindən, Münsiflər Məhkəməsinin sədrindən, 2 müavin və katiblikdən ibarətdir. Münsif, hüquq və ya iqtisadiyyat sahəsində ali təhsili olan, fəaliyyəti ilə bağlı xüsusi biliyə malik və münsiflər siyahısına daxil olan, hüquq sahəsində səlahiyyətli fiziki şəxsdir. Münsiflər siyahısı ən az 3 Münsifdən ibarət olmalıdır. ABA-nın Münsiflər Məhkəməsinin sədri ABA-nın Rəyasət Həyətinin qərarı ilə Münsiflər sırasından seçilir. Qərar adi səs çoxluğu ilə qəbul edilir.
ABA-nın Münsiflər Məhkəməsinin Sədrinin vəzifələrinə Münsiflər Məhkəməsinin işinin təşkili və Münsiflər Məhkəməsinin reqlamentində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi daxildır.
Hazırda Münsiflər Məhkəməsinin tərkibi aşağıdakı kimidir:
Məmməd Musayev
Münsiflər Məhkəməsinin sədri Aqrarkredit BOKT-un İdarə Heyətinin sədri |
|
Eldar Qəribov
Münsiflər Məhkəməsinin üzvü Unibank ASC-nin Müşahidə Şurasının sədri |
|
Elçin İsayev
Münsiflər Məhkəməsinin üzvü Bank of Baku ASC-nin Müşahidə Şurasının sədri |