Assosiasiya üzvlüyünə qəbul və üzvlüyə xitam verilməsi.
Assosiasiya üzvlüyünə qəbul təşkilatın yazılı müraciəti əsasında Rəyasət Heyəti tərəfindən həyata keçirilir.
Yeni üzv ilkin üzvlük haqqını üzvlüyə qəbul olunduqdan sonrakı 10 (on) iş günü ərzində ödəməlidir.
Assosiasiyada üzvlüyə aşağıdakı hallarda xitam verilir:
təşkilat könüllü olaraq Assosiasiyanın üzvlüyündən çıxdıqda;
Assosiasiya üzvlüyündən çıxarıldıqda.
Assosiasiyanın üzvü aşağıdakı hallarda üzvlükdən çıxarıla bilər:
bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə və ya Nizamnamə qaydalarına riayət etmədikdə;
Assosiasiyanın məqsədlərinə zidd hərəkətlərə yol verdikdə.
Assosiasiya üzvlüyündən çıxmış və ya çıxarılmış üzvlərin əvvəllər ödədikləri üzvlük haqları, habelə göstərdikləri könüllü yardımlar geri qaytarılmır.
Rəyasət Heyəti tərəfindən Assosiasiyada üzvlüklərinə xitam verilmiş üzv-təşkilatlar Assosiasiyanın Ümumi Yığıncağına və məhkəməyə şikayət etmək hüququna malikdir.