ABA ilə üzv bankların nümayəndələrinin görüşü keçirilmişdir

Əlavə edilib:

30 mart 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə üzv bankların nümayəndələrinin görüşü keçirilmişdir.

İclas zamanı “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT