ABA ilə Beynəlxalq Valyuta Fondunun Nəzarət Missiyası arasında görüş keçirilib

Əlavə edilib:

13 aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcra Aparatı ilə Beynəlxalq Valyuta Fondunun (IMF) Risk əsaslı Nəzarət Missiyası arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və baş iqtisadçı Bəhruz Əhmədov, həmçinin Risk əsaslı Nəzarət Missiyasının rəhbəri Filip Bartolomey, xarici nəzarət üzrə ekspert Tom Lyuton və daxili nəzarət üzrə ekspert Corc Qreqoraş iştirak ediblər.

Bank sektorunun cari vəziyyəti, sektorun tənzimlənməsi məsələləri, korporativ və pərakəndə bankçılıqda yeni meyillər görüşün əsas müzakirə mövzuları olub. Görüşdə həmçinin  daşınmaz əmlak bazarının vəziyyəti, tədris sahəsində bank sektoru, tənzimləyici qurumlar və universitetlər arasında üçtərəfli əməkdaşlıq məsələləri və maliyyə savadlığına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT