ABA ilə Dünya Bankı arasında görüş olub

Əlavə edilib:

Dekabrın 12-də Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının Nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, həmçinin, Dünya Bankının nümayəndələri Cigdem Aslan, Zsolt Bango və Phillip Anderson iştirak edib.

Görüş zamanı qiymətli kağızlar bazarındakı vəziyyət, bankların qiymətli kağızlar bazarındakı iştirakı və gələcək perspektivlər müzakirə olunub.

Həmçinin, dövlət qiymətli kağızlar bazarının inkişafı ilə bağlı məsələlərə toxunulub, banklararası pul bazarının yaradılması və fəaliyyət mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT