ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Əlavə edilib:

23 may 2016-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə müzakirəsi və məlumatlılığın artırılması üçün mətbuatda məqalələrin verilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

MÜDDƏT