ABA ilə J.P. Morgan arasında görüş keçirilmişdir

Əlavə edilib:

4 noyabr 2022-ci il tarixində ABA-nın Rəyasət Heyətinin üzv banklarının rəhbər şəxsləri ilə J.P. Morgan investisiya bankının Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüş zamanı nümayəndə heyətinə Azərbaycan bank sektoru haqqında məlumat verilmiş, ölkədə fəaliyyət göstərən banklarla J.P. Morgan arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT