ABA, MBNP və Vergilər Nazirliyinin rəhbərliyi arasında görüş keçirilib

Əlavə edilib:

14 iyun 2017-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Vergilər Nazirliyinin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, eləcə də ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib.

İlk olaraq, görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklərin bank-müştəri münasibətləri ilə əlaqədar olan hissəsi müzakirə edilib. Xüsusilə, elektron qaydada xaricdən alınan iş və xidmətlərin vergiyə cəlb edilməsi mexanizmində əsas rol oynayan MCC kodlar ətrafında fikir mübadiləsi aparılıb. Səsləndirilən fikirlərdən biri bu kodların xüsusiyyətlərindən irəli gələrək müəyyən vaxtdan bir yenilənməsi mexanizminin formalaşdırılması və təsdiqi olub.

Görüş zamanı vergi qanunvericiliyinin banklara təsir edən digər nüansları müzakirə edilib. ABA-nın prezidenti Zakir Nuriyev bankların və digər maliyyə təşkilatlarının sektor ilə əlaqədar qanunvericilik prosesinin ilkin mərhələsində iştirak etməkdə maraqlı olduqlarını bildirib.  Onun sözlərinə görə, bank sektoru ilə əlaqədar verilən qərarların və qəbul edilən qanunların icraçısı olan bankların proseslərdə iştirakının davamı daha da effektiv olmasına imkan verə bilər.

MÜDDƏT