ABA-nın dəstəyi və “KPMG”nin təşkilatçılığı ilə Komplayns konfransı keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA), “PAŞA Holding”, “Bakcell”, Komplayns və Biznes Etikası Assosiasiyası, “Kompra” və s-nin dəstəyi, “KPMG” beynəlxalq audit şirkətinin təşkilatçılığı ilə 22 may 2023-cü il tarixində Komplayns konfransı keçirilmişdir. 

Tədbir çərçivəsində KPMG-nin risk üzrə məsləhətçisi Xurşid Qazıxanov, konsaltinq təcrübəsi üzrə rəhbəri Mariya Fedotova, texnologiya konsaltinqi üzrə direktoru Anuar Nuraxmetov çıxış etmişdir.

Qeyd edək ki, ABA bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir.            

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT