ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”ndan formalaşdırılmış işçi qrupun növbəti iclası keçirilib

Əlavə edilib:

1 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvülərindən formalaşdırılmış “İşçi qrup”un Access Bank QSC-nin ofisində görüşü keçirilib.

Görüşdə “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb. Müzakirə nəticəsində ƏL/TM üzrə daxili audit fəaliyyətinin həyata keçirilməsi üzrə risk əsaslı yanaşmanın müəyyən edilməsi üçün hazırlanmış meyarların hesablama metodologiyasına dair təkliflər müzakirə edilmişdir. Meyarlar və hesablama metodologiyasına dair təkliflərin ekspert qrupunun müzakirəsinə təqdim edilməsi razılaşdırılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT