ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

6 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə” Ekspert Qrupunun “Zoom” platforması üzərindən növbəti onlayn iclası baş tutub.

İclasda “Banklarda korporativ idarəetmə Standartları”ndan irəli gələrək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli illik hesabatın formatı müzakirə edilmişdir. Hesabata daxil edilən məsələlərlə bağlı ekspertlərin rəyləri alınmış və yekun format razılaşdırılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT