ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

27 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzrə yaradılmış işçi qrupun görüşü keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mövcud normativ qaydalarına dair, daxili audit funksiyası ilə bağlı mühüm hesab edilən maddələr üzrə rəy və təkliflər hazırlanmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT