14 Mart 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib.
Görüşdə Daxili Audit funksiyasının kənar qiymətləndirilməsi, “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərin irəli gələrək Mərkəzi Banka təqdim ediləcək illik hesabat, o cümlədən ESG risklərinin idarə edilməsinin auditində əhatəlik, tətbiq edilməli yanaşmalar haqqında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.