ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

Əlavə edilib:

07 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun “Zoom” platforması üzərindən növbəti onlayn iclası keçirilmişdir.

İclasda “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılmışdır. Müzakirə nəticəsində ƏL/TM üzrə daxili audit fəaliyyətinin həyata keçirilməsi üzrə risk əsaslı yanaşmanın müəyyən edilməsi üçün meyarların formalaşdırılması məqsədi ilə işçi qrupun yaradılması və növbəti görüşdə təkliflər hazırlanaraq ekspertlərlə paylaşılması qərara gəlinmişdir.

Bununla yanaşı Banklarda korporativ idarəetmə standartlarından irəli gələn tələblərə uyğun olaraq Banklarda Daxili audit bölməsi tərəfindən Mərkəzi Banka təqdim edilməsi nəzərdə tutulan hesabatların tərkibi, əhatəliyi müzakirə edilmiş və növbəti görüşədək təkliflər hazırlanaraq müzakirə edilməsinə dair razılığa gəlinmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT