ABA-nın Ekspert Qrupları və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında görüş keçirilib – Foto

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”, “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun bəzi üzvlərinin və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində ABA-nın icraçı direktoru Yunus Abdulov və ETX-nin rəisi Samir Rəsulov iştirak edib.

Tərəflər arasında aktual kiber dələduzluq trendləri və mübarizə praktikası, ABA iştirakçı bankların kiber dələduzluqla mübarizə üzrə kommunikasiya və məlumat mübadiləsi, bankdaxili təhlükəsizlik strukturlarının (kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə və s.) birgə fəaliyyət planı, ABA ilə ETX arasında kibertəhlükəsizlik sahəsində gələcək əməkdaşlıq imkanları, kiber dələduzluq halları ilə bağlı birgə mübarizə kimi məsələlər müzakirə edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT