ABA-nın Ekspert Qrupu ilə “Bakı Fond Birjası” və “Milli Depozit Mərkəzi” arasında görüş keçirilib

Əlavə edilib:

11 may 2018-ci il tarixində ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun “Bakı Fond Birjası” və “Milli Depozit Mərkəzi”nin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı qiymətli kağızların alışı və satışı zamanı hesablaşmalar, klirinq, xidmət tarifləri və digər məsələlər müzakirə olunmuşdur. Müzakirə zamanı Milli Depozit Mərkəzidə baş verən klirinqin təkmilləşdirilməsi və Bakı Fond Birjasında bağlanan əqdlərlə bağlı tariflərə yenidən baxılması və maksimal məbləğin təyin olunması təklif edilib.

Görüşdə eyni zamanda investitsiya şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT