ABA-nın ekspert qrupu üzvləri ilə Dünya Bankının ekspertləri arasında görüş baş tutub

Əlavə edilib:

25-29 sentyabr tarixlərində Dünya Bankının ekspertləri Maliyyə Sektorunun Modernizasiyası Layihəsi (FSMP3) çərçivəsində Bakıda səfərdə olacaqlar.

Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində görüş baş tutmuşdur.

Görüşdə ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri və Dünya Bankının ekspertləri – Matei Dohotaru, Joaquin Gutierrez və Haocong Ren iştirak etmişdir.

Görüş zamanı bankların üzləşdiyi əsas çağırışlar və problemlər, maliyyə sabitliyi üçün əsas risklər, Mərkəzi Bankla əməkdaşlıq, qaydalarda və nəzarət çərçivəsində dəyişikliklərlə bağlı gözləntilər barəsində müzakirələr aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT