ABA-nın Ekspert Qrupu və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) müvafiq rəhbər nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun üzvləri arasında görüş keçirilmişdir.

Görüş zamanı ARMB notlarının investor bazasının genişləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdir.

MÜDDƏT