Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə icra təcrübəsi (bir kredit üzrə müxtəlif ölkələrdə yerləşən borclularla bağlı məhkəmə çəkişmələri və icra işləri də daxil olmaqla);
- Banklar daxilində hüquqi və uyğunluq riskləri, yerli bankların vəzifə bölgüsünə necə nail olması, problemli kreditlərin məhkəmədənkənar həlli üsulları (arbitraj, vasitəçilik, ombudsman xidmətləri kimi);
- Elektron məhkəmə sistemi və onun məlumat inteqrasiyası;
- Bank fəaliyyətində korporativ idarəetmə standartlarının tətbiqi üzrə hüquqi baza və praktiki təcrübə;
- Banklarda hüquqi risklərin idarə edilməsi;
- Banklar daxilində hesabatlılığın yaradılmasında nəzərə alınan amillər;
- Mülki qanunvericilikdə bank fəaliyyətini tənzimləyən qaydalar;
- Müqavilə və biznes hüququ;
- Yerli banklar məhkəmə çəkişmələri və müqavilələrin idarə edilməsi üzrə iş axınını necə rəqəmsallaşdırırlar;
- Mərkəzi Bankın nəzarət funksiyası və Macarıstan Mərkəzi Bankı ilə özəl banklar arasında hüquqi qarşılıqlı əlaqə;
- Elektron bankçılıq, distant bank xidmətlərinin göstərilməsi və rəqəmsallaşdırmanın hüquqi tənzimlənməsi və əsasları;
- Qeyri-qanuni əməliyyatların hüquqi tənzimlənməsi (çirkli pulların yuyulmasına qarşı mübarizə – AML);
- Bankda hüquqi və problemli kreditlər departamentləri daxilində struktur və vəzifə bölgüsündə nəzərə alınan amillər;
- Məhkəmə perspektivinin öyrənilməsində süni intellektin tətbiqi;
- Kreditin, o cümlədən sindikatlaşdırılmış kreditlərin hüquqi aspektləri;
- Etibarnamə ilə bank əməliyyatlarının aparılması (məhdudiyyətlər və mövcud təcrübələr də daxil olmaqla).
Səfər çərçivəsində 24 nəfərlik geniş iştirakçı qrupu ilə aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
- Gránit Bank Plc;
- OTP Bank Plc;
- MBH Bank Plc;
- UniCredit Bank Hungary Plc;
- Raiffeisen Bank Plc;
- Erste Bank Hungary Plc
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.