ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

8 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak edib.

İclasda bağlanılmış banklarda qarşıya çıxan hüquqi pozuntuların yaranma səbəbləri və belə halların bir daha baş verməməsi üçün görülməli olan tədbirlər, uyğun sahədə bankları maraqlandıran sualların hazırlanaraq Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi, fors-major hallarının qanunvericilikdə tətbiqi ilə bağlı məqamların, həmçinin “Elektron məhkəmə” informasiya sistemində bəzi məlumatların sorğu əsasında mübadiləsinin təşkili məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT