ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

4 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti online iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmədə baxılması nəzərdə tutulan müvafiq işlərlə bağlı fikir mübadiləsi aparılmış, hazırlanacaq hüquqi rəy ilə bağlı məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT