ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Əlavə edilib:

11 mart 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact: Building Trust Through International Arbitration” mövzusunda keçirilən tədbirin panel müzakirəsində iştirak etmişdir.

Alman-Azərbaycan Ticarət Palatası (AHK Azerbaijan) və Bakı Arbitraj Mərkəzi tərəfindən təşkil olunmuş tədbirin panel müzakirələr çərçivəsində İlham Hüseynov müasir biznes mübahisələrinin həllində arbitrajın rolu ilə bağlı çıxış etmişdir.

Tədbir biznes, akademik və hüquq ictimaiyyətinin nümayəndələrini bir araya gətirərək, aktual məsələlər üzrə fikir mübadiləsi üçün platforma rolunu oynamışdır. Bu kimi tədbirlər beynəlxalq arbitrajın təşviqi və kommersiya mübahisələrinin səmərəli həlli mexanizmlərinin inkişafı baxımından əhəmiyyətli hesab olunur.

MÜDDƏT