ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır

Əlavə edilib:

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 5-6 fevral 2025-ci il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzular ətrafında müzakirələr aparılmış və xarici təcrübə öyrənilmişdir:

  • İnsan resurslarının planlaşdırılması və işə qəbul proseslərində ən yaxşı təcrübələr;
  • Bank işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və monitorinqi;
  • HR – biznes tərəfdaş kimi;
  • Maddi və qeydri-maddi motivasiyası (İT sektoru işçilərinin motivasiyası daxil olmaqla);
  • Əmək haqqı siyasəti;
  • HR Analitikası,
  • İş yükü təhlili və hesabatlılıq;
  • İnsan resurslarının idarə edilməsi və süni İntellektin HR Proqram təminatında tətbiqi;
  • Məsafəli insan resurslarının idarə edilməsi, rəqəmsal HR və məlumata əsaslanan HR;
  • Performans və bacarıqların idarəedilməsi;
  • Təlim və inkişaf sisteminin yaradılması və təlimin səmərəliliyinin artırılması;
  • Çevik (Agile) idarəetmədə HR.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edilmişdir:

  1. Emirates NBD;
  2. Commercial Bank of Dubai;
  3. Standard Chartered Bank;
  4. Mashreq Bank.

MÜDDƏT