ABA-nın “Komplayns Ekspert Qrupu” üzvlərinin “Bank of New York Mellon”-nun İstanbul nümayəndə heyətilə görüşü keçirilib

Əlavə edilib:

22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin “Bank of New York Mellon”-nun İstanbul nümayəndə heyətilə görüşü keçirilib.

Görüş zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən Bankların hazırki vəziyyəti, Amerika Birləşmiş Ştatlarına aid banklar ilə müxbir əlaqələrinin qurulmasının qiymətləndirilməsi, müvafiq müxbir əlaqələrin qurulması üçün hazırda Bankların AML / Komplayns funksiyalarının Beynəlxalq praktikanın tələblərinə hansı formada cavab verməsi və qeyd olunan tələblərə tam cavab verilməsi üçün Banklarda hansı digər zəruri addımların atılması müzakirə edilmişdir. Əlavə olaraq, görüş zamanı xarici mütəxəssislər tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən Bankların müasir təlblərə cavab verməsi, müvafiq tələblərə uyğun olaraq inkişaf etməsi və beynəlxalq arenada olan ani dəyişikliklərə daha çevik reaksiya verməsi qabiliyyəti müsbət qiymətləndirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT