ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

5 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib.

İclasda vətəndaşların ödənişləri zamanı yaranan problemlərlə bağlı şikayətlərin cari vəziyyəti, onların araşdırması prosesi, qrup üzvlərinin xarici banklarla təcrübə mübadiləsi və digər cari məsələlər müzakirə edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT