ABA-nın nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilmişdir

Əlavə edilib:

Hüquqi məsələlər üzrə Ekspert Qrupu aparıcı Bankların hüquq siyasəti üzrə məsul şəxslərinin (hüquq üzrə sahə rəhbərləri və departament direktorlarının) məşvərət məclisidir. Qrupun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank və maliyyə sektorunun qanunvercilik təşəbbüslərinin işlənib hazırlanması və bankların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin müzakirə edilməsi və bu məsələlərin həlli təcrübəsinin ümumiləşdirilməsidir.

Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ABA-nın qərargahında baş tutan növbəti iclası zamanı bank sahəsinə aid hüquqi məsələlər barədə əhalinin daha yaxşı məlumatlandırılması üçün görülməl işlər, Qrupun təkilatçılığı ilə hüquqşünaslar üçün “Kredit borclarının üzrə məhkəmə qərarlarının icrasında mövcud olan problemlər və onların həlli yolları” mövzusunda Konfransın keçirilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı yaranan çətinliklər və digər məsələlər müzakirə dilmişdir.

MÜDDƏT