28 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.
İclas çərçivəsində bank sektorunda risklərin idarə edilməsi sahəsində mövcud prioritetlər və tənzimləyici tələblər ətrafında geniş müzakirələr aparılmışdır. Xüsusilə kredit məlumatlarının Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülməsi üzrə icra mexanizmləri, risk insidentlərinin vahid platforma üzərindən idarə olunması, habelə banklarda risklərin ölçülməsi və qiymətləndirilməsi alətlərinin tətbiqi məsələləri diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, maliyyə qurumları ilə dövlət orqanları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, stress-test mexanizmlərinin gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmış, səsləndirilən təkliflər və yanaşmalar üzrə gələcək addımlar müzakirə edilmişdir.
