ABA-nın prezidenti “MasterCard Worldwide”ın nümayəndələri ilə görüşüb

Əlavə edilib:

28 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın İcraçı direktoru Yunus Abdulov, MasterCardın Azərbaycan üzrə ölkə meneceri Alper Meriç  və MasterCardın Azərbaycandakı təmsilçisi Emil Zeynalov iştirak edib.

Görüş zamanı ABA ilə “MasterCard Worldwide” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilmiş layihələr və tədbirlər müzakirə edilib. Həmçinin, gələcəkdə də bu əməkdaşlığın davam edəcəyi vurğulanıb.

Bundan əlavə şirkətin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə həyata keçirdiyi “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində nağdsız ödənişlərin artırılması istiqamətində görülmüş və gələcəkdə görüləcək işlər, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətin formalaşdırılması, maliyyə sahəsində çalışan mütəxəssislərin nağdsız ödənişlər sahəsində mövcud potensialının daha da təkmilləşdirilməsi, banklarda fraud hallarınının qarşısının alınması məsələləri müzakirə edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT