ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

01 iyul 2022-ci il tarixində ABB ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclas zamanı ABA-nın fəaliyyətinə dair cari məsələlər və həyata keçirilən layihələr müzakirə edilmişdir.

İclasda Azərbaycan Bank Tədris Mərkəzinin (Mərkəz) direktoru Cavanşir Abdullayevə maliyyə-bank sektorunun kadr potensialının inkişafına verdiyi əvəzsiz töhfəsinə görə ABA-nın Rəyasət Heyəti tərəfindən “Təşəkkürnamə” təqdim edilmiş və Mərkəzin “Fəxri Direktoru” adı verilmişdir.

Həmçinin, iclas zamanı ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Mərkəzin Direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.

Bundan əlavə, iclasda “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev ABA-nın Rəyasət Heyəti üzvlüyünə təsdiq edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT